Trampın Ukraynada sülh planı: DETALLAR AÇIQLANDI
VİDEO/FOTO

Ukrayna Ali Radasının üzvü Oleksiy Qonçarenko Donald Trampın 28 maddəlik sülh planının təfərrüatını dərc edib.

Deputat sənədin detallarını özünün "Telegram" kanalında açıqlayıb.

Dərc olunan məlumata görə, plan doqquz əsas sahəni əhatə edir: Təhlükəsizlikdən Ukraynadakı daxili siyasi proseslərə və Rusiyanın qlobal sistemdəki roluna qədər.

1. Ukraynanın təhlükəsizliyi və siyasi statusu

Plan Ukrayna üçün ABŞ-ın təhlükəsizlik zəmanətlərini nəzərdə tutur, lakin bir sıra ciddi şərtlərlə.

Əsas müddəalar:

Ukraynanın suverenliyi təsdiqlənir;

Rusiya, Ukrayna və Avropa arasında tam və hərtərəfli müqavilə bağlanır və son 30 ilin bütün qeyri-müəyyənlikləri həll edilmiş hesab olunur;

Rusiyanın qonşu ölkələrə hücum etməməsi və NATO-nun daha genişlənməyəcəyi təsdiqlənir;

Ukrayna öz Konstitusiyasında NATO-ya qoşulmaqdan imtinasını təsbit edir. Alyans da öz növbəsində Ukraynanın heç vaxt üzv olmayacağını təsdiqləyir;

Ukrayna Silahlı Qüvvələrinin sayı 600.000 nəfərlə məhdudlaşır;

Ukrayna nüvə silahı olmayan dövlət olaraq qalır.

ABŞ-nin zəmanəti:

ABŞ zəmanət üçün kompensasiya alacaq;

Əgər Ukrayna Rusiyaya hücum edərsə, zəmanəti itirəcək;

Əgər Rusiya Ukraynaya hücum edərsə, qətiyyətli, əlaqələndirilmiş hərbi cavabdan əlavə, bütün qlobal sanksiyalar bərpa olunacaq, yeni ərazilərin tanınması və bu müqavilənin bütün digər üstünlükləri ləğv ediləcək;

Əgər Ukrayna səbəbsiz olaraq Moskvaya və ya Sankt-Peterburqa raket atsa, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq;

Ukraynanın Aİ üzvlüyü nəzərdən keçiriləcək və ölkə Avropa bazarına qısamüddətli güzəştli giriş əldə edəcək.

2. Ərazi məsələləri

Ən mübahisəli məsələlər toplusu ərazi dəyişiklikləri ilə bağlıdır. Krım, eləcə də Donetsk və Luqanskın işğal olunmuş hissələri faktiki olaraq Rusiya ərazisi kimi tanınır;

Xerson və Zaporojye vilayətlərinin əraziləri mövcud təmas xətti boyunca dondurulur;

Ərazinin bir hissəsi de-fakto Rusiya tərəfindən nəzarət ediləcək demilitarizasiya edilmiş bufer zonasına çevrilir;

Hər iki tərəf sərhədləri zorla dəyişdirməməyi öhdəsinə götürür.

3. Hərbi Sazişlər

Plana gərginliyin azaldılması və əməkdaşlıq tədbirləri daxildir:

NATO Ukraynaya qoşun yeritməyəcək;

NATO qırıcı təyyarələri Polşaya yerləşdiriləcək;

ABŞ-NATO-Rusiya təhlükəsizlik dialoqu ABŞ-Rusiya işçi qrupunun yaradılması ilə başlayacaq;

Rusiya Ukrayna və Avropaya qarşı təcavüzkarlıqdan imtina siyasətini qanuni olaraq rəsmiləşdirəcək.

4. Ukraynanın bərpası

Bu bölmə Ukraynanın yenidən qurulması üçün əhəmiyyətli maliyyə resursları təmin edir:

ABŞ və Avropa hərtərəfli investisiya dəstəyini başladacaq;

Ukraynanın yenidən qurulması üçün dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollar ayrılacaq və ABŞ gəlirin 50%-ni alacaq;

Avropa daha 100 milyard dollar əlavə edəcək;

Dondurulmuş qalan Rusiya aktivləri ABŞ-Rusiya birgə layihələri üçün istifadə olunacaq;

5. Qlobal Sistemdə Rusiya

Plan Rusiyanın beynəlxalq sistemə tədricən qayıtmasını nəzərdə tutur:

Beynəlxalq sanksiyaların tədricən qaldırılması;

Rusiyanın G8 formatına qayıtması;

ABŞ və Rusiya arasında uzunmüddətli iqtisadi əməkdaşlığın başlanğıcı;

Digər əsas məqamlar

Sənəddə "hamı hamıya" formulu əsasında əsir mübadiləsi, mülki şəxslərin, uşaqların geri qaytarılması və humanitar proqramlar nəzərdə tutulur;

Seçkilər müqavilənin imzalanmasından 100 gün sonra keçirilməlidir. Müharibənin bütün iştirakçıları üçün tam əfv nəzərdə tutulur;

Müqavilənin icrası hüquqi cəhətdən məcburidir və Donald Trampın rəhbərliyi altında "Sülh Şurası" tərəfindən izləniləcək. Şərtlərin pozulması sanksiyalara səbəb olacaq. Müqavilənin imzalanmasından sonra dərhal atəşkəs və qoşunların çıxarılması nəzərdə tutulur;

Rusiya Ukraynanın Dnepr çayından kommersiya fəaliyyəti üçün istifadəsinə mane olmayacaq və Qara dəniz vasitəsilə taxılın sərbəst daşınması barədə razılaşmalar əldə ediləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.