
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Trampla görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda Ronaldu və nişanlısı Corcina Rodrigesin Ağ Evdə Tramp ilə gülərək söhbət etdikləri görüntülənib.
Həmçinin Trampın ulduz futbolçuya Ağ Evin simvolik açarını verdiyi əks olunub.
“Cənab prezident, sizin və birinci xanımın mənə, eləcə də, gələcək həyat yoldaşıma göstərdiyi səmimi dəvətə və qəbula görə təşəkkür edirəm. Hər birimizin təklif edəcəyi mənalı bir şey var, mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh ilə müəyyən edilmiş gələcək qurmaq üçün ruhlandırmaqda üzərimə düşəni etməyə hazıram”", - Ronaldu qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo ilə görüşüb.
**
Onu da qeyd edək ki, Ronaldunun paylaşımından əvvəl Ağ Evin rəsmi instaqram səhifəsində həmin görüşdən videogörüntülər paylaşılıb.
Paylaşıma verilən “Two GOATS” – “Ən böyüklər” şərhi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Yeri gəlmişkən, “GOAT” ifadəsi ingiliscədən tərcümədə “Greatest of All Time” – “Bütün zamanların ən yaxşısı” deməkdir.
Onu da xatırladaq ki, 40 yaşlı Ronaldu Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və bir çox rekordların sahibidir. O, 2022-ci ildən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.