Rusiyada Polşa səfirinə hücum edilib

Sankt-Peterburqda Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.

 

"Gazeta Wyborcza" xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

 

Bildirilib ki, hadisə noyabrın 16-da səfir Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.

 

O, günorta saatlarında konsulun müşayiəti ilə Müqəddəs Yekaterina bazilikasında ibadətə gedərkən özlərini "fəallar" kimi təqdim edən bir qrup insan onu əhatəyə alıb.

 

Onlar əllərində polyaklar və ukraynalılara qarşı şüarlar yazılmış plakatlar tutublar və daha sonra səfirə hücum ediblər.

 

"Əvvəlcə təhqirlər səsləndirilib, lakin sonra açıq şəkildə fiziki güc tətbiq etmək cəhdi olub. Bu zaman mühafizə işə qarışıb", – Polşa XİN-in nümayəndəsi Matsey Vevior nəşrə bildirib.

 

O, həmçinin vurğulayıb ki, diplomat ciddi xəsarət almayıb.

 

“Report” xatırladır ki, noyabrın 19-da Polşa Rusiyanın ölkədə fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.