Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçicilərə müraciət edib.
Senzor.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə çağırıb.
“Hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir. Bizim üçün hərbçi ilə cəzaçəkmə müəssiəsində olan məhbusun heç bir fərqi yoxdur. Sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”, - M.Pənahov qeyd edib.
**13:09
MSK sədri Məzahir Pənahov siyasi partiyalara çağırış edib.
Senzor.az-ın xəbərinə görə, o, bu barədə rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, biz seçkilərdə onların iştirakına sevinə bilərik: “Müraciət edirəm ki, kim arzusundadırsa, iştirak etsin. Onlara bərabər şərait yaradılacaq”.