Fridrix Merts Ukraynaya görə Aİ-nin büdcəsini BLOKLAMAQLA HƏDƏLƏDİ
VİDEO

Almaniya Avropa İttifaqının (Aİ) bütün üzv ölkələri 2027-ci ildə və sonrakı dövrdə Ukraynaya maliyyə dəstəyi göstərmək öhdəliyini üzərinə götürməyəcəyi təqdirdə, Birliyin növbəti yeddiillik büdcəsini bloklayacaq.

 

"Financial Times" nəşri xəbər verir ki, Almaniya kansleri Fridrix Mertsin Avropa Şurasının sədri Antoniu Koştaya ünvanladığı məktubda belə deyilir.

 

Merts Aİ-nin bütün üzv ölkələrinin dəstəyini alacaq və 2028-ci ildən başlayaraq Ukrayna üçün etibarlı çoxillik maliyyə perspektivini təmin edəcək həll yolunun tapılmasının vacibliyini də vurğulayıb.

 

Aİ-nin 2028-2034-cü illəri əhatə edəcək növbəti büdcəsi ilə bağlı danışıqlar artıq bir neçə aydır davam edir. Eyni zamanda, Ukrayna əlavə maliyyə ehtiyaclarının olduğunu bildirir.(Bax:https://www.youtube.com/shorts/VypRuX2fS9s)

 

Aİ liderləri daha əvvəl Kiyevə 90 milyard avro məbləğində kredit ayrılmasını razılaşdırıblar. Buna baxmayaraq, Ukrayna əlavə 70 milyard avro vəsait istəyib.

 

Ukraynanın müttəfiqləri bu ehtiyacı dəstəkləyiblər. Aİ isə əlavə vəsaitin üçdə ikisini - 45 milyard avronu təmin etmək niyyətində olduğunu bildirib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.