
ABŞ Senatı Prezident Donald Trampın icra və məhkəmə hakimiyyətində müxtəlif vəzifələrə irəli sürdüyü 161 namizədin təyinatını hələ də təsdiqləməyib. Onların arasında 25 federal hakim də var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Donald Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.
Tramp 161 namizədin, o cümlədən 25 federal hakimin Senat tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayıb.
ABŞ-da Prezident administrasiyada və federal məhkəmələrdə müxtəlif vəzifələrə namizədləri Senata təqdim edir. Namizədlər əvvəlcə müvafiq komitələrdə dinlənilir, daha sonra onların təyinatı ilə bağlı Senatda səsvermə keçirilir.
Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar qalib gəliblər. Növbəti, 120-ci Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Yeni tərkibdə demokratların hər iki palatada çoxluq əldə etməsi Trampın namizədlərinin təsdiqlənməsini çətinləşdirə bilər.