ABŞ BMT rəhbərliyinə 3 namizədi dəstəkləyə bilər

ABŞ BMT-nin baş katibi vəzifəsinə namizədlər arasında iki-üç nəfəri münasib hesab edir.

 

Bunu ABŞ Dövlət katibi Marko Rubio noyabrın 9-da Parisdə jurnalistlərə açıqlamasında deyib.

 

Bununla belə, Dövlət katibi vurğulayıb ki, Vaşinqtonun konkret namizədi yoxdur və seçim prosesi davam etməlidir.

 

“Bizim ABŞ adından irəli sürdüyümüz xüsusi namizəd yoxdur. İki-üç yüksək ixtisaslı şəxsi görürük. Qoy səsvermə davam etsin. Nə vaxtsa dünya kimi bu vəzifədə görmək istədiyinə qərar verəcək”, – o bildirib.

 

Rubio BMT-nin yeni baş katibinin seçilməsi məsələsini Fransa Prezidenti Emmanuel Makronla da müzakirə etdiyini açıqlayıb.

 

Onun sözlərinə görə, Vaşinqton üçün əsas meyarlardan biri gələcək baş katibin BMT-də islahatların aparılmasına sadiq olmasıdır.

 

ABŞ xüsusilə təşkilatın inzibati aparatının ixtisar edilməsində maraqlıdır.

 

“Teleqraf” xatırladır ki, BMT-nin hazırkı Baş katibi Antoniu Quterreşin ikinci beşillik səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Yeni baş katibin namizədliyi əvvəlcə BMT Təhlükəsizlik Şurasında razılaşdırılmalı, daha sonra Baş Assambleyada təsdiqlənməlidir.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.