Rusiyanın paytaxtı Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq.
TASS xəbər verir ki, bu barədə Moskva meriyasından bildirilib.
Məlumata görə, Yeni il bayramı atəşfəşanlıq olmadan qeyd ediləcək.
Bildirilib ki, Rusiyanın 20 regionunda, o cümlədən Murmansk, Ryazan, Kurqan, Voloqda, Lipetsk, Rostov, Stavropol, Perm, Krasnodar, Başqordıstan, Kabardin-Balkariya, Komi, Xantı-Mansi Muxtar Dairəsində də ənənəvi atəşfəşanlıq olmayacaq.
Qeyd edək ki, ötən il də Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayıb.