Azərbaycana qış fəsli qədəm qoydu.
Senzor.az N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, qış fəsli Şimal yarımkürəsinə dekabrın 22-si saat 07:27-də daxil olub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə təşkil edir.
Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da qışı yaz fəsli əvəz edəcək.