Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 2 ədəd G-303-CSS tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.