İstanbulda 1,5 milyon evin sakini köçürüləcək - ƏRDOĞAN
YENİLƏNİB

Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.


Türk KİV-ləri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.


Bildirilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək.


"İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir", - deyə o, əlavə edib.


Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

**16:09

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də “Yüz ilin dəyişimi İstanbul” konfransında çıxışı zamanı deyib.


O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: “İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir”.


Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.