Məzahir Pənahov: "Şuşada, Xankəndidə səs vermək istəyənlər var"
YENİLƏNİB

"Şəxsən mənim özümə seçicilərdən çoxlu məktublar gəlib ki, Şuşada, Xankəndidə səs vermək istəyirik".


Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasda deyib.


O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.

**16:39

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib.


Senzor.az-ın məlumatına görə, o, komissiyanın bu gün keçirilən iclasında deyib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti sənədin üzərində qeyd olunur.


M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır:


"Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".

**

Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb.


Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.


Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.

**

Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur.


Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, işğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən belə vurğulanmayıb: “Həmişə işğal altında olan ərazilərin sakinlərinin səsvermə prosesinin çətinliyi barədə beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular. Amma hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə artıq bunu soruşmamağa başladılar”.

**16:17

Fevralın 7-də keçiriləcək prezident seçkilərində səs verəcək seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.


Senzor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.


O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: "Bildirişə təbriklə bağlı bənd də əlavə ediləcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.