Bu il Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı tam fərqli bir atmosferdə, daha yüksək coşqu ilə qeyd edilir. Belə ki, Naxçıvan şəhərində ilk dəfə "Snowfest-Qış festivalı" keçirilir.
Senzor.az-ın məlumatına görə, bu gün "Snowfest - Qış festivalı"nın açılışı olub.
Heydər Əliyev Muzeyinin qarşısında baş tutan açılış tədbirində bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.
25 dekabrdan 7 yanvaradək davam edəcək festivalın hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.
Hazırda festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.