Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.
APA xəbər verir ki, qəza Əziz Əliyev küçəsini su ilə təmin edən magistral xətdə qeydə alınıb. Borunun partlaması nəticəsində ərazidə yerləşən 43, 45 və 47 nömrəli binalara içməli suyun verilişi dayandırılıb.
Naxçıvan şəhər su və kanalizasiya idarəsinin əməkdaşları ərazidə təmir-bərpa işlərinə başlayıblar.