Ermənistanda nazir vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata əsasən, ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib. Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı idi.
Xaçatryan ötən ilin 27 aprelində nazir təyin edilib. Bundan əvvəl, 2021-2022-ci illərdə o, nazir müavini vəzifəsini tutub.