Tovuz stansiyasında teplovoz dəmiryolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
“Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmiryolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.