Ermənistan Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı yeni cinayət işi açıb.
Sputnik Armenia xəbər verir ki, general indi 600 min dolların yuyulmasında ittiham olunur. Ötən ilin əvvəlində ona qarşı qanunsuz varlanma, əmlak və gəlirləri xüsusilə külli miqdarda gizlətmə maddəsi ilə iş açılıb.
Baqmanyan 2018-ci ilin martından 2020-ci ilin dekabrına qədər həm də KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini olub.