Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərində 37 nəfər, MDB Parlament Assambleyası 17 nəfər, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyasının seçkiləri izləyəcəyi barədə artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.