Tbilisi Beynəlxalq Hava Limanı sıx duman səbəbindən Bakı, Moskva, İstanbul və İrəvandan uçuş reyslərini qəbul edə bilməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tbilisi və Batumidəki aeroportlara sahiblik edən "TAV Georgia" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Azerbaijan Airlines" aviaşirkətinin Bakı-Tbilisi reysini həyata keçirən təyyarəsi sıx dumanla əlaqədar olaraq Tbilisi aeroportunda eniş edə bilməyib və Bakıya qayıdıb. Həmçinin, İrəvan-Tbilisi və Tehran-Tbilisi reysi həyata keçirən təyyarələr də geri qayıtmalı olublar. İstanbul-Tbilisi reysini həyata keçirən təyyarənin isə Türkiyənin Trabzon şəhərində eniş etdiyi qeyd olunub.