Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilən Armen Abazyan yenidən bu posta təyin olunub.
"Sputnik Armenia" xəbər verir ki, qanuna edilən dəyişikliylə bağlı onu bu posta Baş nazir Nikol Paşinyan təyin edib.
Bu, qanunun yeni tələbidir. Belə ki, bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini mülki şəxs tuta bilər. Əvvəllər bu vəzifəyə iddiaçıdan təhlükəsizlik strukturunda ən azı 10 il iş təcrübəsi olması tələb olunurdu.
**14:38
Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.
"Sputnik Ermənistan" xəbər verir ki, bu barədə Prezident Vaaqn Xaçatryan fərman imzalayıb.
Abazyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında işdən azad edilib.