İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradılıb

2023-2027-ci illər üçün Strategiyası”nın icrasının səmərəli təşkili məqsədilə Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçısı olan orqanların (qurumların) nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.


Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.


Sərəncama əsasən, yaradılan İşçi Qrupun tərkibi aşağıdakı kimidir:


İşçi qrupun rəhbəri


Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri


İşçi qrupun üzvləri:


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası müdafiə nazirinin müavini


Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


Azərbaycan Respublikası ədliyyə nazirinin müavini


Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini


Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini


Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini


Azərbaycan Respublikası Baş prokurorunun müavini


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini


Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini


Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini


Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru


Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti.


İşçi qrup Strategiyanın icrasının əlaqələndirilməsi və icra prosesində qarşıya çıxan əsas problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görəcək.


Tədbirlər Planında qeyd olunan əsas icraçı orqanlar (qurumlar) Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə hesabatları təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək yaradılmış İşçi qrupa təqdim etməlidir.


İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na əsasən Strategiyanın monitorinqi və qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görəcək.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.