Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya növbəti dəfə “Kinjal” hipersəs raketləri ilə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirib ki, Rusiya ordusu yüksək dəqiqlikli, uzaqmənzilli, dəniz və hava bazalı silahlar, o cümlədən “Kinjal” hipersəs raket sistemi, eləcə də pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbi-sənaye kompleksinin 155, 152 mərmi və 125 mm-lik mərmi, barıt və pilotsuz uçuş aparatları istehsal edən obyektlərinə qrup zərbəsi endirib.
"Zərbənin hədəfinə nail olunub, bütün təyin olunmuş hədəflər vurulub", deyə Rusiya MN-in məlumatında qeyd olunub.