XİN Gürcüstan vətəndaşının Bakıda partlayışda öldüyünü təsdiqləyib

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasını təsdiqləyib.


XİN yerli KİV-ə açıqlamasında həlak olan şəxsin ailə üzvləri ilə əlaqədə olduğu bəyan edilib.


“Gürcüstan vətəndaşının həlak olması faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqədədir”, - məlumatda bildirilib.

**

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayışla bağlı bəyanat yayıb.


Nazirliyin bəyanatında Gürcüstanın Azərbaycandakı səfirliyinin partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasına dair xəbərləri aydınlaşdırdığı qeyd olunub.


“KİV-də yayılan məlumata görə həlak olanlardan biri Gürcüstan vətəndaşıdır. Biz məlumatın aydınlaşdırılması istiqamətində işləyirik”, - bəyanatda bildirilib.


Qeyd edək ki, Gürcüstanın “Mtavari Arxi” telekanalı həlak olanlardan birinin Bolnisinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olması barədə məlumat yayıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.