Rusiya silahlarından ibarət yük artıq Ermənistandadır.
Bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, müdafiə nazirinin sabiq müavini general-leytenant Qaqik Melkonyan bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib.
O, söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.