Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.