Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
5. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından metronun "Koroğlu" stansiyası istiqamətində;
10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
11. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.