Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
Yerli KİV xəbər verir ki, təşkilatın qış sessiyasında yunanıstanlı Teodoros Russopulosun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.
Teodoros Russopulos AŞPA-nın sayca 35-ci prezidentidir.
Qeyd edək ki, yunan jurnalist və siyasətçi T.Russopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.
O, 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.