Bakıda aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir

Yanvarın 23-də Bakıda Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatının (CANSO) himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti işə başlayıb.


Bu barədə Senzor.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.


Məlumata görə, sabah başa çatacaq tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AZAL-ın birgə təşkilatçılığı ilə baş tutub.


CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.


Bu gün keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, AZAL-ın prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər. Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib. Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.


Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.


Digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.