Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın ali lideri Seyd Əli Xaməneinin müşaviri - İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlar Ermənistan-İran əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə edib, əlaqələrin fəal inkişaf dinamikasını qeyd ediblər. Enerji və infrastruktur layihələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.