Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.
Oxu.az-ın məlumatına görə, Ağstafa-Bakı sürət qatarı işıqların sönməsi səbəbindən Goran stansiyasında yolda qalıb.
Bildirilib ki, nasazlıq Azərbaycan Dəmir Yolları QSC-nin daxili şəbəkəsində baş verib. Nəticədə qatar 30 dəqiqə yolda dayanmalı olub.
Hazırda qatar Bakı istiqamətində hərəkətini davam etdirir.
Xatırladaq ki, son vaxtlar belə hallar tez-tez baş verir.