Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyanın üç şəhərində seçki məntəqəsi açılacaq
SƏFİRLİK

Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı məlumat yayıb.


AZƏRTAC xəbər verir ki, səfirlik Rusiya Federasiyasının üç şəhərində seçki məntəqəsinin açılacağını bildirib.


Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarına xatırladılıb ki, fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar, Azərbaycanın Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında seçki məntəqələri açılacaq.


Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiyaya səfər etməyi planlaşdıran və səs vermək istəyən vətəndaşlardan da həmin sənədləri özləri ilə götürmələri xahiş olunur.


Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Məntəqələr göstərilən ünvanlarda yerləşəcək: Moskva şəhəri, Voznesenski döngəsi, ev15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, ev 27; Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.