Ermənistanda nazir müavini saxlanılıb

Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.


“NEWS.am” xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Astxik Sarqsyan bildirib.


O bildirib ki, Ani İspiryanın saxlanılma səbəbi məlum deyil. Mətbuat katibi qeyd edib ki, korrupsiyaya qarşı mübarizə vacib olsa da, təqsirsizlik prezumpsiyasını rəhbər tuturlar.


**

Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.


Bunu "Sputnik-Armenia"ya iqtisadiyyat nazirinin mətbuat katibi Astxik Sarkisyan deyib.


Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı məlumatlara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirləri ilə bağlı heç bir şərh vermir: “Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik”.


Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.