Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs edilib.
Ermənistan KİV xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.
İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.
**
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyanı saxlayıb.
"Hraparak" xəbər verir ki, o, İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılmağa səbəb Gevorqyanın İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi olub.(APA)