Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək.
Bu barədə Baş nazir Mitsotakis Skai TV-yə müsahibəsində deyib.
"Mən Rəcəb Tayyib Ərdoğanın səfərinə qarşılıq olaraq may ayında Ankarada olacağam", - Ankaraya səfər etməyi planlaşdırdığını deyən Yunanıstan hökumət başçısı bildirib.
"Türkiyə rəhbərliyində gərginliyi aradan qaldırmaq üçün səmimi istək var... Bizim eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı fikir ayrılığımızı nəzərdə tuturam, lakin bunu həll edə bilməsək də, sivil şəkildə razılaşa bilərik", - Mitsotakis qeyd edib.
Nazir bunun çəkindirmə imkanlarını artırmamaq anlamına gəlmədiyini deyib.