Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri martın 16-da başa çatıb.
Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.