Moskvaya dron hücumuna görə Vunokovo hava limanında uçuş məhdudiyyəti tətbiqi səbəbindən gecikən Moskva-Bakı istiqamətində uçan təyyarə havaya qalxıb.
Yerli KİV xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2808 reysini həyata keçirən "Aerobus 320-214" təyyarəsi 15 dəqiqə bundan qabaq havaya qalxıb.
Moskva vaxtı ilə saat 10:55 də uçmalı olan reys saatyarıma yaxın gecikmə ilə həyata keçirilib.
**12:50
Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanları normal iş rejiminə qayıdıb.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, pilotsuz uçuş aparatlarının hücumu səbəbindən tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.
**12:42
Moskvanın Vnukovo hava limanında Bakı istiqamətində uçan təyyyarə reysi gecikir.
Sərnişinlərin verdiyi məlumata görə, yerli vaxtla saat 10:55-də uçmalı olan J2 808 reysi gecikir.
Sərnişinlər təyyarəyə miniyin başlanmadığını bildiriblər.
**12:25
Təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün martın 17-si (bazar günü) Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, bundan öncə Moskva meri Sergey Sobyanin bildirib ki, bu gün Rusiya paytaxtına dron hücumu olub. Domodedovo hava limanı rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub.(APA)