Türkiyənin Muğla vilayətinin Bodrum rayonu sahillərində iki qayıqla qanunsuz yollarla ölkə ərazisini tərk etməyə çalışan 92 miqrant saxlanılıb.
Bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İtaliyaya getmək üçün yola çıxan yelkənli qayıq Türkiyənin Sahil Mühafizə qrupları tərəfindən dayandırılıb. Qayıqda 28-i uşaq olmaqla 67 qeyri-qanuni immiqrantın olduğu müəyyən edilib. Aşkarlanan digər rezin qayıqda isə 25 miqrant saxlanılıb.
Bu şəxslər Türkiyənin aidiyyəti qurumlarına təhvil veriliblər.