Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.