Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bayburt şəhərində gənclərlə görüşündə deyib.
O bildirib ki, xüsusilə Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi olan KAAN-nın uğurlu olacağına əsl dostlar istisna olmaqla kimsə inanmırdı: “Amma təyyarəmiz ilk uçuşunu artıq həyata keçirdi və təhlükəsiz şəkildə yerə endi”.
Y.Gülər, həmçinin söyləyib ki, Türkiyə üçün risk və təhlükə həmişə var: “Heç vaxt bunu unutmamalıyıq”.