Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.
Bu barədə qurumdan Senzor.az-a məlumat verilib.
Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Xatırladaq ki, daha əvvəl bir nəfər sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.
**12:40
Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb.
Bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.