Moskvada 10-a yaxın ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb

Rusiyanın hüquq-mühafizə orqanları bomba qoyulması təhlükəsi ilə bağlı paytaxt Moskvada 10-a yaxın ticarət mərkəzində araşdırma aparır.


Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.


Qeyd olunub ki, martın 25-də 10-a yaxın ticarət mərkəzinə partlayıcı qoyulması barədə məlumat daxil olub. Ona görə də həmin məkanlardan ziyarətçilərin çoxu təxliyə edilib. Hazırda ticarət mərkəzlərinə baxış keçirilir.


Məlumata görə, artıq bir neçə mərkəz yoxlanılıb, məlumat təsdiqini tapmayıb və yalnız bundan sonra oradakı iş bərpa olunub.


Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva vilayətindəki Krasnoqorsk rayonunda yerləşən “Crocus City Hall” bir qrup silahlı şəxs basqın edib. Açılan atəşlər və daha sonra törədilən yanğın nəticəsində, Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb, 182 nəfər müxtəlif dərəcəli xəsarət alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.