Xocalı soyqırımında itkin düşən Mahmudov Akif Seydulla oğlunun qalıqları dəfn olunub.
Senzor.az-ın xəbərinə görə, şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.