Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.
“Sputnik Armenia” xəbər verir ki, müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb olunur.
Avqustun 1-dən “Zvartnots” hava limanından rus sərhədçiləri çıxarılacaq, yalnız erməni sərhədçiləri xidmət aparacaq.