“Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün 4 100-dən çox yük maşını gözləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzindən məlumat verilib.
Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir.
Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.