"Bələdiyyə seçkilərində səsvermə sakit keçib" - TÜRKİYƏ MSK-NIN SƏDRİ
YENİLƏNİB

"Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.


Bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.


"Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.


Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq"-deyə, o bildirib.

**18:08

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.


Yerli KİV-in verdiyi xəbərə görə, seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.


Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.


Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.


Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.


Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

**17:30

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilər üzrə səsvermə prosesi ölkənin 32 vilayətində başa çatıb.


Yerli KİV xəbər verir ki, Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, bu vilayətlərdə səsvermə müddəti bir saat qabağa alınıb və yerli vaxtla saat 07:00-da başlayıb, 16:00-da başa çatıb.


Həmin bölgələr istisna olmaqla, Türkiyənin əksər vilayətlərində seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanacaq.


Xatırladaq ki, seçkilərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədlər yarışır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.