Mehriban Vəliyeva: "Vaksinasiyadan keçməyən təhsil işçiləri tədrisə cəlb olunmur"

"Təəssüf ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Həmin müəllimlər də təbii ki, tədrisə cəlb olunmur".
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
 
İdarə müdiri bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər.
 
O xatırladıb ki, müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır: "Əgər bir təhsil muəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin məktəbdə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub"
 
M.Vəliyeva onu da bildirb ki, əgər hər hansı məktəbdə ciddi sıxlıq olarsa, bu problemin aradan qaldırılması üçün tədris şənbə günləri də həyata keçirilə bilər.
 
BŞTİ müdiri əlavə edib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər: "Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilərlər".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.