Bakıda bir qardaşı öldürüb, digərini yaralayan şəxs saxlanıldı – YENİLƏNİB

Qaradağ Rayon Prokurorluğu Lökbatandakı qətllə bağlı məlumat yayıb.
 
Senzor.az bildirir ki, məlumatda deyilir: "Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı, 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
 
**09:00
 
Bakıda taksi sürücüsü iki qardaşı bıçaqlayıb.
 

APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
 
Belə ki, Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb. 

Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıblar. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
 
Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.