Paytaxtın Maştağa qəsəbəsində məhkumun yaşadığı evdən silahlar götürülüb.
Senzor.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” tapançası, lüləsi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.