
Senzor.az bildirir ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - Heydər məscidində, Təzəpir məscidində, “Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Ağdam Cümə məscidində, Kəlbəcərdəki Xudavəng məbədində, Laçındakı Ağoğlan məbədində, Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad edilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur, dini ayinlər icra olunur, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilir.

