Sentyabrın 27-də - Anım Günündə Azərbaycanın Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanı ziyarət ediblər.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fəxri xiyabanda müasir, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.